Məktəb haqqında

Bizim beynəlxalq Bingo onlayn məktəbimiz dünyanın hər yerindən uşaqları və yeniyetmələri öz dərslərinə dəvət edir. Geniş seçimdə xarici dillərin və digər elm sahələrinin tədrisindən başqa, biz ikidilli (bilinqual) uşaqlara dərslərin keçirilməsinə xüsusi diqqət ayırırıq.

İkidilli (bilinqual) uşaqlar və yeniyetmələr üçün ikinci dilin tədrisi metodologiyası ikidilli olmayan uşaqlar və yeniyetmələr üçün keçirilən xarici dil tədrisi metodologiyasından tamamilə fərqlidir. Bunun səbəbi odur ki, balanslaşdırılmış ikidillilər (bilinquallar) hər iki doğma dildə yaxşı danışırlar (belə bir halda biz bunu xarici dillər kimi nəzərə ala bilmərik). Lakin onların dil bilmə səviyyəsi yalnız bir dildə danışan və bu dilin doğma daşıyıcıları olan həmyaşıdları ilə müqayisə edilə bilməz. Şübhə yoxdur ki, əsas çətinlik ondadır ki, bir dildə danışan uşaqların və yeniyetmələrin həmin dildə sosial şəbəkələrdə iştirak imkanlarını məhdudlaşdırır. Bu həm də onların başqa dildə təhsil alması ilə bağlıdır. Dəqiqliklə deyə bilərik ki, məhz bu səbəbdən onların söz bazası gündəlik istifadə olunan sözlərlə məhdudlaşır. İki dildə danışanlar (bilinquallar) üçün dil dərsləri onların müxtəlif sahələrdə söz bazalarını artırmaq, mümkün boşluqları doldurmaq, həmçinin dilçiliyə aid və mədəni komponentlərə diqqətin ayrılması məqsədi daşıyır. Onların arasında biz həmin ölkəyə xas olan reallıqları, coğrafiyanı, tarixi, ədəbiyyatı və mədəniyyəti tapırıq. Həmçinin bunu da bilmək vacibdir ki, ikidillilər (bilinquallar) üçün onların ikinci doğma dili mənimsəməsində əsas element motivasiyadır. İkidillilər (bilinquallar) çox zaman ikinci dil bacarıqlarının artırılmasında motivasiyalarını itirirlər, ona görə ki, onların olduğu mühitdə onlara doğma olan ikinci dillərində danışan olmur. İkidillilər (bilinquallar) üçün dil dərsləri onların öz dillərinə və mədəniyyətlərinə motivasiyalarını saxlamaq, eləcə də uşaqların və yeniyetmələrin maraq və hobbilərini artırmaq məqsədi danşıyır.

Bingo onlayn məktəbi pedaqoji təhsilli, uşaqlarla həm onlayn və həm də oflayn rejimdə işlərdə böyük təcürbəyə malik təcrübəli və peşəkar müəllimlərin mehriban kollektividir. Bizim müəllimlərimiz xüsusilə ikidillilər (bilinquallar) üçün materiallar hazırlayırlar ki, onlar öz söz bazalarını genişləndirsin, düzgün tələffüz etməyi öyrənsinlər, söz bazasında və qrammatikada boşluqları doldursunlar, bizim dilçilik və mədəniyyətə aid dərslərimizlə, eləcə də mədəniyyətlərarası kommunikasiyalarla həmişə motivasiyada olsunlar.

Müxtəlif dillərdə bir neçə mövzuda keçirilən dərslər söz bazasını artırmağa və aktivləşdirməyə kömək edir, həmçinin dili öyrənərkən motivasiyanı yüksək həddə saxlayır, çünki biz belə bir halda iki dildə danışan (bilinquallar) uşaqların, eləcə də xarici dilləri öyrənənlərin maraq və hobbilərinə fokuslanmış oluruq.

Bingo xarici dillərin öyrənilməsini tədris edən Language Life beynəlxalq onlayn məktəbin bir filialıdır və bu məktəb xarici dilləri öyrənən yetkin adamlar və uşaqlar üçün onlayn dərslər üzrə dünyadakı lider məktəblərdən biridir. Biz inanırıq ki, dillərin öyrənilməsində müasir texnologiyalar vacib rol oynayır! Bizim dərslərimiz münasib qiymətə yüksək keyfiyyətli tədris təmin edir.

Məktəbimizdə biz daim bir çox dillərdə dil səviyyələri müxtəlif olan uşaqlar üçün yeni və maraqlı kurslar təşkil edirik. Biz həmişə tələbələrimizin və onların valideynlərinin məqsəd və ehtiyaclarını qarşılamağa çalışırıq. Bundan əlavə, şəxsən sizin maraqlarınıza uyğun xüsusi kurslar və ayrıca dərslər hazırlayırıq.

Bizim kurslarımız müasir tədris metodlarının, ən son texnologiya və audio/video resurslarının birgə sintezi ilə səciyyələnir. Tələbələrin müstəqil şəkildə öyrənməsi üçün onları lazımi bacarıq və motivasiyalarla təmin etmək bizim ən başlıca məqsədlərimizdən biridir.

Biz öyrənciləri 7 yaşdan 17 yaşa kimi qəbul edirik. Bu yaş qrupuna düşmədiyiniz təqdirdə belə, müəllimin qərarı ilə övladınız bu məktəbə qəbul edilə bilər.

Tətbiq etmək