Ödənişsiz Sınaq Dərs

Sizin ilk dərsiniz sınaq dərsi kimi nəzərə alınır və tamamilə ödənişsizdir*.

Bu dərs çox vacibdir ona görə ki, bu zaman tələbə və müəllim ilk dəfə olaraq görüşürlər, dərs zamanı bir-birlərini tanıyırlar və bir-birlərinə uyğun olduqlarını qiymətləndirə bilirlər, həmçinin tələbənin məqdəs və qarşısında duran çətinlikləri də müzakirə edə bilmiş olurlar. Bu dərs müddəti ərzində, müəllim tələbənin bilik səviyyəsini də müəyyənləşdirmək imkanı qazanmış olur.

Ödənişsiz sınaq dərsi 30 dəqiqə davam edir və dərs aşağıdakılardan ibarətdir:

  • salamlaşma və qısa söhbət;
  • tələbənin bilik səviyyəsini ölçmək üçün müəllimənin sualları;
  • müəllimənin təhsili və təcrübəsi barədə tələbənin sualları;
  • tələbənin əsasən dil götürmə, eyni zamanda qrammatik bilik, oxu, danışıq, dinləmə və yazı bacarıqlarını qiymətləndirmək üçün verilən qısa mətndən istifadə olunması;
  • oxu vəsaitlərinin seçilməsi (tələbələrə elektron formada göndərilir);
  • ev tapşırığı

Ödənişsiz sınaq dərsi neçə dərs götürməsindən asılı olmayaraq (1-10) hər bir tələbəyə verilir. Bu o deməkdir ki, əgər siz bir dərsə yazılırsınızsa, o zaman iki dərs almış olursunuz: bir dərs ödənişsiz və digər dərs ödənişli!

* Bura qiymətləndirmə test yoxlanışı sessiyaları və ya bilinqual uşaqların valideynləri ilə fərdi konsultasiyalar daxil deyil.

Tətbiq etmək