Gizlilik Siyasəti

Sonuncu dəfə bu tarixdə yenilənmişdir: 06/08/2022.

Bingo Beynəlxalq Onlayn Məktəbi (“biz”, “bizə” və ya “bizim) https://bingoschoolkids.com/ domain adı ilə fəaliyyət göstərir. Bu səhifədə siz şəxsi məlumatların toplanması, istifadəsi və paylaşılması ilə əlaqədar siyasətimizi görə biləcəksiniz.

Bizim saytımızın məqsədi ikidilli uşaqlar üçün rus dili kurslarının və digər fənnlərin tədrisi təklifindən ibarətdir. Saytın istifadəsi məktəbdə oxumaq üçün lazım olan formaların doldurulmasını tələb edir. Formaları doldurmaqla, siz bu siyasətdə müəyyənləşdirildiyi kimi, şəxsi məlumatların yığılmasına və istifadəsinə razılıq verirsiniz.

Şəxsi Məlumatların Toplanması və İstifadəsi

Bizim saytda formaları doldurarkən, sizdən bəzi şəxsi məlumatların verilməsi xahiş olunur. Bu məlumatlar yalnız bizim xidmətlərimiz və gələcəkdə bizim saytımızın istifadəsində identifikasiya məqsədləri üçün istifadə olunacaq. Formaları doldurduqdan sonra, orada göstərdiyiniz məlumatlar başqa istifadəçilərə və ya üçüncü tərəflərə verilməyəcək.

İstifadəçi Verilənləri

Digər başqa operatorlar kimi, siz bizim saytımıza hər dəfə daxil olduqda sizin brouzeriniz tərəfindən ötürülən bəzi şəxsi məlumatları toplayırıq. (“istifadəçi verilənləri” )

Bu kimi verilən məlumatlara aid ola bilər: sizin kompyuterinizin İnternet Protokolu (“İP ünvanı”), brouzerin növü, brouzerin versiyası, bizim saytda daxil olduğunuz səhifələr, daxil olduğunuz vaxt, bu kimi səhifələrdə xərclədiyiniz vaxt hesabı və digər statistik məlumatlar.

Bundan başqa, biz saytımızın istifadə statistikasını toplamaq, izləmək və təhlil etmək üçün Google Analytics və Yandex Metrika proqramlarından istifadə edirik.

Bu xidmətlər və digər istifadəçi verilənləri vasitəsilə topladığımız bütün informasiyalar vebsaytın funksiyanallıq göstəricilərinin daha da yaxşılaşdırılması üçün istifadə olunur.

Göndəriş Siyahısı

Əgər siz bizim göndəriş siyahımıza abunə olmusunuzsa, biz sizin email ünvanınıza informasiya və yeniliklər barədə məlumat göndərəcəyik.

Siz istədiyiniz vaxt ismarıc hissədə “Göndəriş Siyahısından Çıxart” qeydinə klikləyərək göndəriş siyahısından öz abunəliyinizi çıxara bilərsiniz.

Kukilər

Kukilər kiçik həcmli verilənləri özündə saxlayan fayllardır ki, bunlarda qeyri-şəxsi identifikasiya olunan İD strinqləri ola bilər. Kukilər veb-saytdan sizin brauzerə göndərilir və sizin kompüterinizin sərt diskində saxlanılır.

Digər çoxlu saytlar kimi, informasiya toplamaq üçün biz kuki fayllarından istifadə edirik. Öz brauzer parametrlərinizdə kukilərin qəbul edilməməsini və ya kuki göndərilən zaman sizə bu barədə məlumat verilməsini seçə bilərsiniz; amma əgər siz kukiləri qəbul etməsəniz, o zaman bizim saytımızda olan müəyyən hissələri görə bilməyəcəksiniz.

Təhlükəsizlik

Sizin şəxsi məlumatlarınızın təhlükəsizliyini qorumaq bizim üçün çox vacibdir, amma yadda saxlayın ki, internetdə məlumatların göndərilməsi və ya saxlanmasında heç bir metod 100% təhlükəsizlik təmin etmir. Sizin təhlükəsizliyinizi hər bir praktiki yolla qorumağa çalışdığımıza baxmayaraq, onun təhlükəsizliyi barədə heç bir tam zəmanət yoxdur.

Gizlilik Siyasətində Dəyişikliklər

Hazırki gizlilik siyasəti 06.08.2022-ci il tarixində qüvvəyə minmişdir və gələcəkdə məzmununa hər hansı dəyişiklik edilməyənə və səhifədə belə bir dəyişiklik barədə məlumat göstərilməyən müddətə qədər olduğu kimi də qalacaq.

İstənilən an öz siyasətimizi yeniləmək və dəyişdirmək hüququmuz var və siz bizim siyasətimizi dövrü olaraq yoxlamalısınız. Bu səhifədə göstərildiyi kimi, gizlilik siyasətində hər hansı dəyişiklikdən sonra bizim xidmətlərimizdən istifadə etməyi davam etdirməyiniz bu dəyişikliklər barədə məlumatlandırıldığınız, eləcə də sizin bu qaydalarla razılaşdığınız və dəyişikdirilən gizlilik siyasətini qəbul etməyiniz anlamına gələcək.
Əgər biz bu siyasətdə hər hansı böyük dəyişikliklər aparsaq, o zaman biz sizi ya bizə təqdim etdiyiniz email vasitəsilə və ya internet səhifəmizdə bu yenililk barədə məlumat yerləşdirməklə məlumatlandıracayıq.

Bizimlə Əlaqə Saxlayın

Gizlilik siyasəti ilə əlaqədar hər hansı bir sualınız varsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

Tətbiq etmək