Uşaqlar üçün İspan dili Dərsləri

Birinci dərs ödənişsizdir

Ödəni̇şsi̇z dərsə qoşulun

Bingo Məktəbində İspan dilini öyrən

Bingo Məktəbi həm fərdi, həm də qrup formatında peşəkar müəllimlər ilə onlayn İspan dili dərsləri təklif edir. Müəllimlərimiz bu dilin doğma daşıyıcılarıdır və uşarlarla işləməkdə böyük təcrübəyə malikdirlər.

Son texnologiyalardan istifadə etməklə bizim İspan dili kurslarımız tədris prosesini daha əyləncəli etmək və böyük sayda öyrəncilərin ehtiyaclarını qarşılamaq üçün xüsusi şəkildə təşkil edilmişdir. Siz təklif edilən istənilən kursdan birini seçə və ya məhz sizin ehtiyaclarınıza uyğun olan xüsusi kursun hazırlanması üçün bizə müraciət edə bilərsiniz. Bizim dərslərimiz çox münasib qiymətə yüksək keyfiyyətli təlimlər təmin edir.

Bilinqual Uşaqlar üçün İspan Dili

Bilinqual uşaqlara və yeniyetmələrə İspan dilinin tədrisi metodu fundamental olaraq İspan dilinin xarici dil kimi tədrisindən fərqlənir. Bilinquallar öz ikinci dillərində artıq yaxşı danışmağı bacarırlar, lakin onların dil bilmə səviyyələri öz həmyaşıdları olan, bu dili doğma dili kimi mənimsəyən birdilli uşaqların dil bilmə səviyyəsi ilə müqayisə edilə bilməz.

Bilinquallar üçün bizim İspan dili dərslərimiz müxtəlif sahələrdə onların söz bazasını artırmaq və tələbələrin biliklərindəki boşluqları doldurulmaq, həmçinin onlara ölkə mədəniyyətinin elementlərini əks etdirən dilçilik və mədəni komponentləri aşılamaqdır.

Çox zaman bilinquallar dilin danışılmadığı mühitdə olduqları üçün həmin dil və mədəniyyətə olan maraqlarını itirirlər. Bilinquallar üçün bizim İspan dili dərslərimiz dilin və mədəniyyətin, eləcə də mədəniyyətlərarası kommunikasiyanın öyrədilməsinə, uşaqların və yeniyetmələrin fərdi maraqlarına və hobbilərinə olan marağın artırılmasına yönlənir.

Uşaqlar üçün İspan dili dərslərimiz

Bizim İspan dili dərslərimiz uşaqların yaşı nəzərə alınmaqla hazırlanır və dilin öyrənilməsinə kömək məqsədilə müxtəlif aktivitiləri əhatə edir.

Yeniyetmələr üçün İspan dili kursları

Bizim yeniyetmələr üçün xarici İspan dili kurslarımız aşağıdakı aktivitilərdən ibarətdir: -oxu (adaptasiya olunmuş və olunmamış kitablar) -təkrarlama yolu və müxtəlif tapşırıqlar vasitəsilə qrammatik qaydaların öyrənilməsi -tələbələr üçün onların maraq çərçivəsində olan mövzularda lüğətlərdən istifadə olunması və onların fərdi öyrənmə məqsədlərinin nəzərə alınması. -danışıq dilinin həmyaşıdlarla, eləcə də telekonfrans vasitəsilə məşq etdirilməsi

İbtidai sinif öyrənciləri üçün İspan dili kursları

Bizim İspan dili kurslarımızda olan aktivitilər oxuma və yazma, lüğətdən istifadə etmə və praktiki kommunikasiya zamanı istifadə olunan qrammatik qaydaların məşq etdirilməsindən ibarətdir. Biz öyrəncilərlə bu sahələrdə işləyərək onların rahat şəkildə danışmasını, eşitdiyini başa düşməsini, oxumasını və yazmasını təmin edirik. Bizim müəllimlərimiz bu əylənəcəli, aydın öyrənmə prosesində tədris etmə, yazılı mətnlər və böyük seçimdə olan interaktiv tapşırıqlar kimi müxtəlif materiallardan istifadə edir.

Məktəbəqədər uşaqlar üçün İspan dili kursları

Məktəbəqədər uşaqlar üçün bizim İspan dili kurslarımızda əlifba ilə tanışlıq, müxtəlif mövzularda söz bazasının artırılması və real həyatda baş verən əsas vəziyyətlərə uyğun olaraq praktiki danışıq bacarıqlarının inkişaf etdirilməsi kimi çoxlu aktivitilər var. Biz öz dərslərimizi necə asan və maraqlı edirik? Biz bu kursu interaktiv tapşırıqlar, rol oyunları, meta mövzu səriştələri, mahnılar, şeiriyyət və hətta rəsm çəkmə daxil olmaqla vaxtaşırı, maraqlı, kreativ aktivitilər əsasında hazırladıq.
Ödənişsiz sınaq dərsi üçün müraciət edin

Bizi fərqləndirən nədir?

  • 01.

    Peşəkar və təcrübəli müəllimlər

  • 02.

    Münasib qiymətlər

  • 03.

    Rahat ödəniş sistemi

  • 04.

    Kursların geniş çeşidi

  • 05.

    Kreativ və fərdi tədris metodikaları

  • 06.

    İkidilli uşaqlar üçün müasir dərs materialları

  • 07.

    Dərslərdə ən son yeni texnologiyaların istifadəsi

  • 08.

    Birinci dərsiniz ödənişsizdir

Digər Müəllimlər

  • Afaq Q.
    Afaq Q.
    Azərbaycan di̇li̇ müəlli̇məsi̇
    2017- ci ildən bu günə qədər Müəllimə / Tərcüməçi / Azərbaycan, İngilis və İtalyan dillərinin tədrisi 2008- 2016 Gəcnlər üçün daha çox oxu
  • Lusine G.
    Lusine G.
    Armenian language teacher
    Lecturer of Armenian language - teaching Eastern and Western Armenian at Yerevan State University, - teaching Armenian as a second language at daha çox oxu
  • Iraida S.
    Iraida S.
    Romanian language teacher
    – 2017 - present – Teacher of German, Spanish and Russian Language as Foreign Language in Language сenter SMART(https://centre-smart.com/) offline, daha çox oxu
  • Agne S.
    Agne S.
    Lithuanian language teacher
    – Teacher and lecturer of Lithuanian as a Foreign Language, mother tongue and second mother tongue at British School of daha çox oxu
  • Milica Š.
    Milica Š.
    Serbian language teacher
    – Professor of Serbian language and literature; Public institution School of Economics, Banja Luka (Bosnia and Herzegovina); April 2022 - daha çox oxu
  • Yahan S.
    Yahan S.
    Chinese language teacher
    - Grace School Shaanxi, CHINATaught English to Chinese speakers studentesaged 7- 12 Dec,2013 - Feb, 2015 - European School of Madrid daha çox oxu

Frequently asked questions

FAQ
Bizim məktəbimizdə bütün müəllimlər ixtisaslaşmış təcrübəli peşəkarlardır və ikidilli uşaqlara və yeniyetmələrə dillərin tədrisində çox illik təcrübəyə malikdirlər. Bütün müəllimlər məktəbin direktorunun şəxsən iştirakı ilə ciddi seçim prosesindən, intervyudan, həmçinin bir neçə sınaq dərslərindən keçməlidirlər. Bunu demək vacibdir ki, “Bingo”nun direktoru özü də bir neçə xarici dil üzrə təcürbəli peşəkar müəllimədir, uşaqlar və yeniyetmələr ilə iş üzrə böyük təcrübəyə malikdir. Burada siz bizim müəllimənin rezümesi ilə tanış ola bilərsiniz. Biz məmnuniyyətlə istədiyiniz təqdirdə öz müəllim heyətimizin təhsil səviyyəsini və təcrübəsini gösətərən orijinal sənədləri sizə təqdim edə bilərik.
“Bingo” məktəbi “Language Life School” məktəbinin bir filialıdır. Language Life 2013-cü ildən fəaliyyət göstərir və xarici dillər üzrə aparıcı onlayn məktəblərdən biridir. Fəaliyyətdə olduğumuz illər ərzində bu günə qədər heç bir şikayət olmamışdır. Ödəniş sxemi çox sadədir: siz ödənişi birbaşa olaraq məktəbə köçürürsünüz və sonra biz müəllimlərə özümüz dəsr haqqını ödəyirik. Bundan başqa, əgər istəsəniz, ödənişi ayrıca olaraq hər bir dərsin sonunda edə bilərsiniz ki, bu da sizin hesabınızda dəqiqliyə və ödənişin təhlükəsizliyinə zəmanət verə bilər. Xahişiniz əsasında, pulun hesabımıza köçürülməsi barədə sizə sənəd də verə bilərik.
İlk öncə, siz seçdiyiniz kursa qeydiyyata alınırsınız. Bundan sonra, biz sizə dərs barədə bütün lazımi informasiyaları, həmçinin müəllimin əlaqə məlulmatlarını da göndəririk və beləliklə sizin birbaşa olaraq müəllimlə əlaqə saxlamaq imkanınız olur. Dərsdən sonra ödəniş etmək üçün siz yenidən bizimlə əlaqə saxlayırsınız. Müəllimlə danışıqlar heç vaxt məktəbdə menecer vasitəsilə həyata keçirilmir. Siz birbaşa olaraq müəllimə ilə əlaqə yaradıb dərslərin təşkili, qrafik, tədris materialları və digər sizi maraqlandıran məsələlər barədə sorğu edə bilərsiniz.
Bizim dərslərimiz ikidilli (bilinqual) uşaqlar üçün ən müasir materiallardan istifadə edilərək, həmçinin uşaqalarda ikidilliliyi araşdıran mütəxəssislərin əlavə dərs vəsaitlərilə keçirilir. Bizim müəllimlər öz materiallarını hazırlayırlar və dərslər üçün müxtəlif onlayn resurslardan istifadə edirlər.
Onlayn dərslərimizdə virtual lövhə bizim əsas dərs vəsaitlərindən biridir. Dərs müddətində siz və sizin müəlliminiz həmin dərsə aid materialların elektron sənəd formasını hazırlayır və daha sonra istənilən vaxt həmin sənədə baxmaq olur. Biz həmçinin təsvirlərin, ağıl xəritələrinin, söz buludları və digər infoqrafikaların, həmçinin audio video səsyazmalarının hazırlanması üçün xüsusi xidmətlərdən istifadə edirik.
Məktəbin rəhbəri və işin əsas koordinatoru Yulia Amlinskayadır. Yulia Zoom və Skype vasitəsilə xarici dillərin tədrisi üzrə böyük təcrübəyə malikdir və o, həmçinin xarici dillər üzrə onlayn məktəblərin yaradıcısıdır.
Bingo təlabata uyğunlaşdırıla bilən və məntiqli olan qiymət sistemindən istifadə edir. Hər bir dərsin qiyməti ödənilən dərslərin sayından və seçilən proqram növündən asılıdır. Kurslar iki qrupa bölünür: standart kurslar və ixtisaslaşdırılmış kurslar. Biz daimi müştərilərimizə endirilmlər təklif edirik. Birinci dərs (30 dəqiqə) sınaq dərsi hesab olunur və ödənişsizdir (qiymətləndirmə testi və ya valideynlər ilə fərdi konsultasiya üçün istifadə edilən sessiyalar bu dərsə daxil deyil). Əgər arzu etsəniz, ödənişi hər dərs sonunda ödəyə bilərsiniz.
Tətbiq etmək